Bakıda mənzildə qadın meyiti aşkar edilib. Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in xilasediciləri mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Qarabağlı Nüşabə Yəhya qızının vəfat etdiyi müəyyən olunub. N.Qarabağlının cəsədi aidiyyəti üzrə təhvil verilib.