Müğənni Emil Bədəlov həyat yoldaşına sevgisindən danışıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi “Yeri gəlmişkən” verilişində bunları deyib:

“Dörd ildir ailəliyəm. Həyat yoldaşımı ilk dəfə konsertdə gördüm. Kimin qızı olduğunu bilmirdim. Yanımdakı dostuma dedim ki, o qız mənim qismətimdir. Sonra qardaşları qıza yaxınlaşdı, tanıdım. Elçi getdik, nişanlandıq. O vaxtdan həyat yoldaşımı Məcnun kimi sevdim”.

Qeyd edək ki, E.Bədəlov xalq artisti Firuz Əliyevin qızı Xanımla ailə qurub.