[ 16 Mart 2015 16:24 ]



Bakı. Fərid Mirzəyev - APA. Martın 17-də İlaxır çərşənbə münasibətilə Bakıda bayram şənliyi keçiriləcək.

 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 11.00-da “İçərişəhər” stansiyasının yanından Novruz personajlarının iştirakı ilə bayram karvanı hərəkət edəcək.

 

Bayram karvanı Füzuli meydanın qarşısındakı park, Azadlıq meydanı, “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Büllür fəvvarənin ətrafındakı parkı və Səməd Vurğun parkında təşkil olunacaq Novruz şənliklərində iştirak edəcək.

 

Saat 18.30-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında İlaxır çərşənbə münasibətilə tonqal yandırılacaq. Həmçinin bayram konserti və atəşfəşanlıq da təşkil ediləcək.