Kanal S (Region TV) xəbər verir ki, bu gün səhər saatlarında Balakəndə iki yanğın hadisəsi baş verib. Rayonun Qaysa kəndində Bazarov Məhəmməd İsmayıl oğluna məxsus, 140 kv.m sahəsi olan evdə yanğın qeydə alınıb. Hadisə yerinə Balakən YMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Kəndin ucqarda yerləşməsi səbəbindən yanğınsöndürənlərin hadisə yerinə çatması müəyyən vaxt aparıb, nəticədə yanğının əhatə dairəsi böyüyüb. Tikilinin 108 kv. metri yararsız vəziyyətə düşüb, digər hissə isə yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, fakt araşdırılır.

Digər yanğın isə şəhərdə qeydə alınıb. Abdullayev Ramiz İsfəndiyar oğluna məxsus köşkün tavan hissəsi yanıb. Hər iki yanğında xəsarət alan olmayıb.

Milli.Az