Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda keçiriləcək ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışların püşkü atılıb.

Trend-in məlumatına görə, Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası A qrupunda yer alıb. Azərbaycan millisi bu qrupda Portuqaliya, İsveçrə və Ukrayna ilə mübarizə aparacaq.

B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan yığmaları yarışacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az