Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.Zərərçəkmiş verdiyi ifadədə özünə xəsarət yetirdiyini deyib
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, qəsəbə sakini, 29 yaşlı Zöhrə Məstanova öz evində yaralı halda tapılıb. Xanımı yaralı halda onlara qonaq gələn rəfiqəsi görüb və onu şəxsi avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparıb.
Boğaz nahiyəsindən bıçaq zərbəsi alan yaralı xanım əməliyyat olunub. Zərərçəkmiş verdiyi ifadədə özünə xəsarət yetirdiyini deyib.
Hazırda polis və prokororluq əməkdaşları xanımın ifadəsində nə dərəcədə səmimi olmasını və onun xəsarətlərinin dərəcəsini müəyyən etməyə çalışırlar.
Milli.Az