Sumqayıt, 15 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaranmasından 46 il ötür. 1969-cu il martın 14-də ilk dəfə Sumqayıt tamaşaçılarını salamlayan teatrda M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası oynanılıb.
AZƏRTAC xəbər verir ki, bu ənənəyə sadiq qalan Sumqayıt Dövlət Dram Teatrı hər il martın 14-də “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasını teatrsevərlərə təqdim edir.
Ötən gün təqdim olunan tamaşanın rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovdur. Rolları Əməkdar Artist Fəqanə Hüseynova, İlahə Səfərova, İlham Səfərov, Oqtay Mehdiyev, Akif Mirzəyev və başqaları ifa ediblər.