Dünyanın ən bahalı neft markası sayılan WTI –nın qiyməti 2007-ci ilin yanvarından bu yana ən aşağı həddə qədər düşüb.

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, paralel olaraq qızılın qiymətində də ucuzlaşma qeydə alınıb.

Nyu-Yorkdakı “NYMEX” birjasında alqı-satqı zamanı qiymət son 21 ayda rekord göstəriciyə 55,83 dollara qədər düşüb. Günün sonunda qiymət nisbətən artaraq 56,16 dollar təşkil etsə də, bu, bir gün əvvəlki qiymətdən 3,17 dollar az olub. Qiymətin düşməsi yenə də qlobal iqtisadi böhranla əlaqədar neftə olan tələbatın azalması ilə bağlıdır. Eyni zamanda qızılın bir unsiyasının qiyməti də 14,5 dollar ucuzlaşaraq 718,3 dollar təşkil edib.