"Baku Fires" Venesuela klubunu 5:0 hesabı ilə məğlub edib
"Report"un məlumatına görə, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Əvvəlcə 49 kq. çəki dərəcəsində Cavid Dadaşovla Martinez Kordova üz-üzə gəlib. Döyüşün əvvəllərində qonaq komanda boksçusunun üzündən qan açılsa da, hakim yalnız 3-cü raundda döyüşü saxlayıb. Referi "Baku Fires"in heyətində ilk döyüşünü keçirən Dadaşovun texniki nokautla qələbəsini qeydə alıb - 1:0.
Ardından rinqə 56 kq. çəki dərəcəsində Məhəmməd Qurbanovla Villaviçenzio Rodriges dəvət olunub. Döyüş Qurbanovun üstünlüyü şəraitində keçib. Hətta qarşılaşmanın ortalarında Rodriges noqdauna da düşüb. Yekunda isə hakimlərin yekdil rəyi ilə "Baku Fires"in boksçusu qalib elan edilib.
Üçüncü döyüş 64 kq. çəkidə Heybətulla Hacəliyevlə Arkon Dias arasında baş tutub. Bu döyüş də boksçumuzun diktəsi ilə keçib. Dördüncü raundda Hacəliyev Diası bir zərbə ilə yerə sərib. Yekunda isə hakimlərin yekdil qələbə rəyi "Baku Fires" üzvünün xeyrinə olub. Bununla da Azərbaycan klubu son 2 döyüşün nəticəsindən asılı olmayaraq, qələbəni təmin edib. Amma bütün döyüşlərindən qalib ayrılmaq istəyən "Baku Fires" növbəti qarşılaşmalarda da irəli atılıb.
Dördüncü döyüşdə Jaba Xositaşvili ilə Barrera Korbaj 75 kq. çəkidə üz-üzə gəlib. Bu görüş elə də maraqlı alınmayıb. Yekunda hakimlərin yekdil rəyi ilə Xositaşvili qələbə qazanıb.
Nəhayət, sonuncu qarşılaşma 91 kq. çəkidə Əbdülqədir Abdullayevlə Villi Kyakone arasında keçirilib. Görüş gərgin başlayıb. Kyakone təsəlli qələbəsi qazanmağa çalışsa da, ilk raunddaca aldığı güclü zərbədən yerə yıxılıb. Nəticədə iki komandanın döyüşündə növbəti nokaut qeydə alınıb. Bununla da döyüş "Baku Fires"in möhtəşəm qələbəsi ilə yekunlaşıb - 5:0.
"Baku Fires" - "Caciques Venezuela” - 5:0
49 kq. Cavid Dadaşov - Martinez Kordova - +:- (texniki nokaut)
56 kq. Məhəmməd Qurbanov - Villaviçenzio Rodriges - 3:0
64 kq. Heybətulla Hacəliyev - Arkon Dias - 3:0
75 kq. Jaba Xositaşvili - Barrera Korbaj - 3:0
91 kq. Əbdülqədir Abdullayev - Villi Kyakone - +:- (nokaut)
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10