[ 14 Mart 2015 16:30 ]



Bakı-APA. Saatlı rayonunda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.  Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.