Müğənni Ayan Babakişiyevanın əsl adının Samirə olduğu ortaya çıxıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Star life"da danışan ifaçı məsələyə aydınlıq gətirib:

"Səkkizinci sinfə qədər Gəncədə oxumuşam, məktəb yoldaşlarım adımı Samirə bilirdilər. Sonra təhsilimi Moskvada davam etdirdim. Qardaşımın adı Samirdir, biz əkizik. Ona görə də yaxınlarımız deyiblər ki, qızın adı Samirə olsa, yaxşıdır.

Yəhudilərdə adət var, uşağın iki adı olur: bəlli yaşa qədər bir adla çağırırlar, sonra başqa isim verirlər. Mənim səhnə adım Ayandır. Bu o demək deyil ki, Samirə adını bəyənmirəm. Bu isimdə sənət dostlarım var, hamısına da hörmət edirəm".

Milli.Az