Ötən gün Bakının Yasamal rayonunda saxta pul ilə maşınına yanacaq doldurmaq istəyən şəxs tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində yerləşən “Murad Petrol” yanacaqdoldurma məntəqəsində baş verib.

Məntəqədə “Mercedes” markalı avtomobildə gəlmiş Bakı şəhər sakini Orxan Məmmədov və onun sərnişini, Yevlax şəhər sakini Müşfiq Hüseynov yanacaq doldurduqdan sonra növbə rəisi Rac Dadaşova 1 ədəd 10 manatlıq saxta əskinas verib.

Onlar gedərkən həmin ərazidə xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər 28-ci polis bölməsinə təhvil verilib.
Mənbə
ANS PRESS