Milli.Az kartoflu qratenin hazırlanma qaydasını təqdim edir.

Tərkibi: 


500 q kartof
100 ml süd
300 ml yağlı qaymaq
2-3 diş sarımsaq
30 q kərə yağı
muskat cevizi
duz

Sobanı 180 dərəcə qızdırın. Kartofu təmizləyib 3 mm qalınlıqda dilimlərə doğrayın (bunun üçün xüsusi sürtgəcdən istifadə edə bilərsiniz).

Qazanda südlə qaymağı qarışdırın. Əzilmiş sarımsaq, 1 çimdik üyüdülmüş muskat cevizi və duz əlavə edin. Qaynara düşəndə doğranmış kartofu qazana salın. Vam odda 8-10 dəqiqə bişirin.

Formanın içinə sarımsaq çəkin, kərə yağıyla yağlayın. Kartofu kəfkirlə götürüb formaya yığın. Qazandakı südlə qaymağı isə daha 5 dəqiqə qaynadın. Sonra kartofun üzərinə gəzdirin. Kərə yağını doğrayıb üstünə ara-bərədə düzün.

Sobada yüngül qızaranadək, təxminən 15-20 dəqiqə bişirin. Süfrəyə isti-isti verin.

Porsiya formalarında da bişirə bilərsiniz.

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az