Rusiya müsəlmanlarının yaratdığı Birləşmiş İslam Konqresi paytaxt Moskvada prezident Vladimir Putinin adını daşıyan məscid tikilməsini təklif edib.
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, Konqresin sədri Şövkət Avyasov Rusiya liderinin Allahın göndərdiyi çox mühüm şəxslərdən biri olmasını nəzərə alaraq belə bir təklif irəli sürdüklərini açıqlayıb:
“Rusiyanın vətənpərvər müsəlmanları olaraq, Moskvada Putin məscidinin tikilməsi üçün icazə istəmişik. Beləliklə, Putinin adı çoxmillətli Rusiyada əsrlərlə yaşayacaq”.
Avyasov məscidin layihəsini Moskva meri Sergey Sobyaninə təqdim etdiklərini deyib. Yer olaraq Lenin mavzoleyinin yanı təklif edilib.