Aktyor Şahan Gökbakar yeni filminin ilk fotosunu paylaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Osman Pazarlama" adlı komediyanın çəkilişləri iyun ayında başlayacaq.

Gənc aktyor İnstaqramda filmdə yaradacağı obrazın ilk fotosunu paylaşıb.

Qeyd edək ki, Ş.Gökbakarın bundan əvvəlki "Recep İvedik" filmi Türkiyə film sahəsində rekordlara imza atıb.