Lənkəran, 13 mart, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Sultan Məcid Qənizadənin “Xor-xor” əsərinin motivləri əsasında hazırlanmış yeni tamaşanın premyerası olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Əməkdar Artist Təvəkkül Əliyev, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları aktyorlardan Niftulla Əsgərov, Hikmət Cəfərov, Emin Fərzullayev, Gülər Kərimova, Əli Rəhimli və Ülkər Quliyeva ifa ediblər.

