Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi və ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimbli və “Azadlıq Radiosu”nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun qatıldığı nümayəndə heyətini qəbul edib.Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ nümayəndə heyətini qəbul edib
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və “Azadlıq Radiosu”nun fəaliyyətinə aid məsələlər müzakirə olunub.
ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.
Milli.Az