Cenevrədə dahi şair Nizami Gəncəviyə həsr olunan simpozium keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Nizami Gəncəvi Etik Simpoziumunda dahi şairin irsini araşdıran tədqiqatçılar iştirak ediblər.
Oksford, Kembric, Kəşmir, Orizona, Leyden, Merilend və Amsterdam universitetlərinin alimləri Nizami Gəncəvinin dünya mədəniyyətinin inkişafında rolu, şairin yaradıcılığının fəlsəfi əsasları ilə bağlı müzakirələr aparıblar. Çıxış edənlər Nizami Gəncəvi yaradıcılığını yüksək qiymətləndirib və dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıblar. Nizami Gəncəvinin Şərq İntibahının formalaşmasında əvəzolunmaz yeri, xalqlar arasında mədəni körpü rolu oynaması xüsusi vurğulanıb.
Nizami Gəncəvi irsinin daim aktual olduğunu qeyd edən alimlər onun əsərlərindəki bəşəri ideyaların daha dərindən öyrənilməsi və daha geniş təbliğinin əhəmiyyətini vurğulayıblar. Tədqiqatçılar Nizami Gəncəvi irsinin bəşəriyyət üçün rolunun araşdırılması, xüsusilə də şairin yaradıcılığında etik prinsiplərin yenidən öyrənilməsinin vacib olduğunu qeyd ediblər.
Simpozium iştirakçıları Azərbaycan elminin və mədəniyyətinin parlaq nümayəndəsi olan Nizami Gəncəvinin irsinin təbliğ olunması istiqamətində dahi şairin adını daşıyan Beynəlxalq Mərkəzin fəaliyyətini də yüksək qiymətləndiriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10