İkinci Beynəlxalq Novruz Festivalı
Bakı, 13 mart, AZƏRTAC
Baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz bayramı bu il də İçərişəhərdə təntənəli şəkildə qeyd olunacaq.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq cari ilin mart ayının 20-dən 23-dək II Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub.
İdarədən AZƏRTAC-a bildirilib ki, dörd gün davam edəcək festivalda Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan nümayəndələri də iştirak edəcəklər.
Festival günlərində Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən video çarxlar, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənəcək.
Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Hər gün səhər saatlarından pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadacaqlar. Festival çərçivəsində hər gün Qoşa qala qapısı meydanında, Qız qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçiriləcək.
Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa qala qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hamını II Beynəlxalq Novruz Bayramı festivalında iştirak etməyə dəvət edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56