Kompüterlərimiz üçün yeni təhlükə
Məlum olub ki, “USB” təhlükə doğurur və istənilən mikrokontrollerə müdaxiləyə imkan verir. Bu halda müdaxilə üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur.
Yeni müdaxilə üsulu haqda İT mütəxəssisləri Adam Kadilli və Brendon Uilson ətraflı məlumat veriblər. Onlar “Derby Con” konfransında çıxış ediblər. Məlum olub ki, istənilən “USB” periferiyası virusa yoluxa bilər. Bu, fləş daşıyıcı, klaviatura, veb-kamera və s. ola bilər.
Yeni müdaxilə üsulu “Bad USB” adlandırılıb: kibercinayətkara “qurban”ın kompüterinə giriş imkanı verə bilər. Virusa yoluxmuş kod klaviatura üzərində nəzarəti ələ keçirməyə, faylları köçürməyə, həmçinin “DNS” sazlamalarını dəyişdirməyə imkan verəcək.
Hazırda bu təhlükəyə qarşı müdafiə yoxdur. Skaner təhlükəni aşkar edə bilmir, çünki “USB” periferiyasında mikroproqrama girişə malik deyil. Fləş daşıyıcının yenidən format edilməsi də kömək etmir.
Ötən ilin iyulunda kompüter təhlükəsizliyi sahəsində ekspertlər Karsten Nol və Ceykob Lell problem haqda məlumat vermişdilər, amma yeni müdaxilə üsulunun təfərrüatını açıqlamamışdılar. Mütəxəssislər hakerlərin diqqətini cəlb etməmək üçün kodu dərc etməmişdilər. Onlar hesab edirdilər ki, mikrokontroller istehsalçıları bu problemi diqqətə alaraq “USB” ilə bağlı riski aradan qaldıracaqlar.
“Derby Con” konfransında çıxış etmiş Adam Kadilli və Brendon Uilson bildiriblər ki, onlar kodu dərc ediblər və indi kod “Git Hub” veb-xidmətində əlçatandır. Onların fikrincə, yalnız bu yolla istehsalçıları potensial təhlükəyə diqqət yönəltməyə məcbur etmək belə olar. Mənbə
mincom.gov.az
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10