ADU-da xalq şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olunub
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi Hüseyn Arifin anadan olmasının 90 illik yubileyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib.
Tədbir Prezident İlham Əliyevin “Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 2 may tarixli Sərəncamına əsasən təşkil edilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Hüseyn Arifin xalqımızın zəngin bədii-poetik irsində dəyərli əsərlər yaratdığını, milli ədəbiyyata töhfələr verdiyini söyləyib.
Xalq şairi Zəlimxan Yaqub ədibin yaradıcılığından danışaraq şairin Azərbaycan ədəbiyyatının başucalığı, poeziyamızın zirvəsi olduğunu vurğulayıb. Hüseyn Arif poeziyasında dilin doğma, səmimi, şirin, xalqa yaxın olduğunu bildirən Zəlimxan Yaqub onun şeirlərinin xalqın ruhundan süzülüb gəldiyini diqqətə çatdırıb.
Bakı Slavyan Universitetinin professoru Rüstəm Kamal, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanov, ADU-nun professoru Adil Babayev və başqaları Hüseyn Arifin müraciət etdiyi mövzular, yaratdığı əsərlər barədə söz açıblar.
Tədbirdə Hüseyn Arifin sözlərinə bəstələnmiş mahnılar ifa olunub, tələbələr şairin şeirlərini söyləyiblər.
Sonda şairin qızı Zöhrə Hüseynzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51