Bakı, 12 mart, AZƏRTAC
Martın 20-də Kölndə Novruz bayramı şənliklərində Azərbaycanın Əməkdar Rəssamı Əşrəf Heybətovun pannosunun təqdimatı olacaq.
Almaniyada yaşayan rəssam AZƏRTAC-a bildirib ki, panno  bahar bayramına həsr edilib.
Ə.Heybətovun yaradıcılığı İstər мətəni Azərbaycanda, istərsə də  Avropada yaxşı tanınır.  Panno onun Azərbaycana və onun ənənələrinə həsr etdiyi ilk əsər deyildir.  Rəssamın “Ulu Torpaq” pannosu Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub.  Həmin əsərdə də bayramın milli tipajları, İçərişəhər, güləş və s.  təsvir olunub.