Bakıdakı zavodda mühəndis iş yoldaşlarının gözü önündə can verdi
Paylaş
12 Mart 2015, 16:37·71 baxış·1 dəq oxu
Dəniz Registiri Qapalı Tikinti Səhmdar Cəmiyyətində ölüm hadisəsi baş verib. Milli.Az-a verilən məlumata görə, Nəsimi rayonu, Vidadi küçəsi 119-da yerləşən Dəniz Registrində mühəndis işləyən 58 yaşlı Hüseynağa Rizvanov qəflətən dünyasını dəyişib.
O, iş başında olarkən halı pisləşib. Köməklik edilməsinə baxmayaraq iş yoldaşlarının gözləri qarşısında canını tapşırıb. Onun ürək-damar çatışmazlığından vəfat etdiyi ehtimal olunur.