Ötən gün Bakının Nizami rayonu ərazisindəki bazardan oğurluq olub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şəki rayon sakini İlknur Sədirova məxsus 14 kiloqram qoz ləpəsi oğurlanıb.

Məlumat daxil olan kimi Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Raci Ağayev tutulub.

Onun evinə baxış olub. Evdən 1,962 qram tiryək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS