[ 12 Mart 2015 13:21 ]



Bakı. Fuad Cəfərov - APA. Abşeronda yol qəzası törədən sürücü saxlanılıb.

 

APA-Nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Abşeron rayonu ərazisində Maqsud Şəbiyevin ölümü, Nəsimi Əlövsətlinin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “QAZ-2752-104” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Aynur Abdullayeva tutulub.