Xalq artisti Aygün Kazımova "Səs verməyin" verilişinin qonağı olub.
Qafqazinfo-nun məlumatına görə, xalq artisti həmkarlarının səhvlərindən danışıb:

"Nadir Qafarzadənin səhvi birdən özündən çıxmasıdır. Elariz Məmmədoğlunun səhvi isə diksiyasıdır. Əli Mirəliyev isə başdan-ayağa səhvdir.  Namiq Qaraçuxurlunun səhvi çoxdur. O, hisslərini etiraf etməyi bacarmırdı. Ayrılmağımıza səbəb bu oldu".

Qeyd edək ki, uzun müddət sevgili olan Aygün Kazımova ilə Namiq Qaraçuxurlu 2010-cu ildə ayrılıblar.

Milli.Az