Azərbaycan Respublikasının müdafiə naziri Xorvatiyanın prezidenti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovu Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.

Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi və görüşlərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.

Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az