[ 12 Mart 2015 07:03 ]
Bakı -APA. Xəzər dənizində 4 bal gücündə zəlzələ baş verib.
APA-nın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar martın 12-də, yerli vaxtla saat 04:42-də, Astara rayonundan 13 km cənubi-şərqdə, 48 km dərinlikdə qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.