"İrfan" jurnalının 100-cü nömrəsi mart ayında işıq üzü görüb.

ANS PRESS-ə jurnalın mətbuat xidmətindən daxil olan xəbərə görə, jurnal 2005-ci ilin yanvar ayından etibarən nəşr olunur.

Jurnalın ana xətti cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliğindən ibarətdir. İlk illərdə üç aydan bir və iki aydan bir nəşr olunan jurnal, 2008-ci ilin yanvar ayından etibarən ayda bir dəfə nəşr olunur.

Məqsədi, cəmiyyətdə milli-mənəvi və tarixi dəyərlərimizin təbliği istiqamətində olan "İrfan" bugünə qədər Qarabağ məsələsi, milli-mənəvi dəyərlərimiz və gənclərimiz, Azərbaycan gənclərinin sabahı, ölüm və sonrası, vətənpərvərlik, milli birlik, əxlaqi keyfiyyətlər və d. mövzuları ələ alıb.

Qeyd edək ki, jurnal 8 noyabr 2012-ci il tarixində Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.

Mənbə
ANS PRESS