Bakı, 12 mart, AZƏRTAC
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
İngiltərədə “Çelsi” ilə Fransanın “PSJ” komandaları üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Fransada keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
Almaniyada isə yerli “Bavariya” klubu Ukrayna təmsilçisi “Şaxtyor” ilə görüşüb. Oyun 7:0 hesabı ilə yekunlaşıb. Ukraynada keçilən ilk qarşılaşmada hesab açılmamışdı.
Beləliklə, oyunların nəticələrinə görə “PSJ” və “Bavariya” komandaları 1/4 final mərhələsinə vəsiqə qazanıblar.