Renessans dövrünün ən məşhur rəssamlarından olan Mikelancelonun əlyazmalarını oğurlayanlar nəhayət səssizliklərini pozublar.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1997-ci ildən rəssamın əlyazmasını oğurlayanlar bunun qarşılığında 100 min evro və ya 108 min dollar istəyiblər.
Vatikanın mətbuat xidməti oğurluğu təsdiq edib və sənətçiyə aid ikinci əlyazmanın da onların əlində olduğunu deyib.
Hazırda Vatikan və İtaliya polisləri əsərlərin tapılması və qaytarılması üçün işlərə başlayıblar.
Qeyd edək ki, Mikelancelo öz bioqrafiyası da daxil olmaqla əksər yazışmalarını köməkçilərinə diktə edib. Oğruların əlində olan iki əlyazmadan biri isə onun həqiqi əlyazmasıdır və buna görə olduqca əhəmiyyətlidir.