Çində çəkisi 230 kiloqram olan Lianq Yonq 10 ildən çoxdur ki, artıq çəkidən əziyyət çəkir.

O, indiyədək arıqlamaq üçün çox yola əl atsa da, bütün cəhdləri uğursuz olub.

Boyu 1,58 metr olan həmin şəxsin keçən həftə halı pisləşib və o xəstəxanaya aparılıb. Onu xəstəxanaya aparan zaman həkimlər də 1 həftə ərzində xeyli əziyyət çəkməli olublar.

Yonq çox ağır olduğu üçün onu bir yerdən başqa yerə aparmaq çətin olub. Amma Lianq Yonq arıqlamaq arzusundan əl çəkmədi və arzusuna çatdı.









Mənbə
ANS PRESS