Bakı, 11 mart, AZƏRTAC
Bakıdakı 5 nömrəli uşaq incənət məktəbində “Bir şölənin işığında-Üzeyir Hacıbəyli” mövzusunda ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacbəylinin yaradıcılığına həsr edilmiş tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müdiri Zenfira Bağırzadə bəstəkarın yaradıcılığından söhbət açıb.
Məktəbin uşaq və müəllimlərindən ibarət xor kollektivi bəstəkarın “Leyli və Məcnun” operasından xor nömrələri ilə çıxış ediblər.
Sonda məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Bir şölənin işığında-Üzeyir Hacıbəyli” ədəbi-bədii kompozisiyası təqdim edilib.