Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/
Bakıda avaralıq və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb. Onlara xəbərdarlıq edilərək buraxılıb. Saxlanılanlardan 9-u qadın, 8-i azyaşlı olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az