Daşınmaz əmlak sərmayə üçün ən yaxşı vasitədir. Adətən zəngin insanlar qazandıqlarını ev, maşın kimi əmlaklara qoyaraq gələcəklərini təminat altına almağa çalışırlar. Xüsusilə tanınmış şəxslər bu üsuldan geniş istifadə edirlər.

ANS PRESS əmlak zəngini olan tanınmışları təqdim edir:

Sibel Can
Tanınmış müğənni daşınmaz əmlak lideridir. 25 ildən çoxdur ki, səhədə olan müğənninin ancaq İstanbulun müxtəlif yerlərində 50-ya yaxın evi var. Onun Bodrum, Mayamidə də lüks villaları mövcuddur.

Əmrah
Uşaq yaşlarından səhnələrdə yer alan Əmrah bəlkə də türkiyənin ən zəngin sənətçisidir. O, qazandığı hər şeyi daşınmaz əmlaka qoyur. Əmrahın ən lüks iqtiqamətlərdə daxil olmaqla ümumilikdə 200 evi var. Evdən başqa ifaçının bir rezidansda 12 mağazası, 2 milyon dollar dəyərində idman kompleksi də mövcuddur.

Seda Sayan
Bu yaxınlarda məzun olan oğluna 12 milyon dollara bina alan müğənni ən yaxşı qaznan şou adamlarındandır. Onun Bodrumda 3 villası, Londonda evi, İstanbulda 30-a yaxın mənzili var.

Necati Şaşmaz
"Kurtlar Vadisi" sayəsində bir anda ən çox qazanan məşhurlardan olan Polad Alemdarın 50 mənzili, super marketi var. Onun mənzillərindən 18-i bir binadadır.

Kıvanç Tatlıtuğ
Gənc ulduzlardan olan Kıvanç əmlak zənginləri sırasına girməyə ən iddialı namizəddir. Onun 700 min dollarlıq evi, dəniz mənzərəli iki villası, 3 milyon dollara satın aldığı 3 mağazası var.

Kənan İmirzalıoğlu
Serial, reklam və filmlərdə ən çox rol alan yaraşıqlı aktyor İstanbulun ən elit rayonlarında tarixi binalar, evləri sevir. Onun çox sayda qədim binası var. Son olaraq isə Cahangirdə bir otel binası alıb.












Mənbə
ANS PRESS