Xalq artisti Məleykə Əsədova formada qalmağının sirrini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, aktrisa “İncə+” verilişində çörəkdən istifadə etmədiyini deyib:
“Kökəlmək orqanizmdən asılıdr. Mən piylənməyə meyilli deyiləm. Amma buna baxmayaraq, pəhrizimi gözləyirəm. Gündə beş dəfə yemək lazımdır. Amma az və kalorisiz. Səhər yeməyi qaydasında olmalıdır. Bu insana enerji verir. Ondan sonra yemək əvəzinə meyvədən istifadə etsinlər. Mən və qızım ağ çörək yemirik. Mağazadan alınmanı isə ümumiyətlə istifadə etmirik. Xüsusi çörək hazırlatdırıram, dadlı olur. Məsləhət görürəm ki, lavaş, ya da kəpəkli çörəkdən istifadə etsinlər. Hər gün evdə düyü bişir. Bu da orqanizmə xeyirlidir. Bir də yeyib oturmaq lazımd eyil, hərəkət piyləri əridir".