Milli çempionatlarda ən az qol buraxan klubların siyahısı açıqlanıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ən azı 5 oyun keçirən komandalar arasında rekord Bosniya və Herseqovinanın “Zrinski” klubuna məxsusdur.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ən azı 5 oyun keçirən komandalar arasında rekord Bosniya və Herseqovinanın “Zrinski” klubuna məxsusdur.
16 matçda 6 top buraxan komandanın orta göstəricisi – 0,38-ə bərabərdir. Moldova “Milsami”sində bu rəqəm 0,39, Monteneqro “Rudar”ı və İordaniyanın “Əl-Vidat” klublarında 0,40-dır.
Siyahının 13-cü pilləsində isə Bakı “İnter”i qərarlaşıb. 22 oyunda 10 qola üzülən paytaxt təmsilçisinin orta göstəricisi 0,45-ə bərabərdir. Topaz Premyer Liqasında 2-ci pillədə qərarlaşan Kaxaber Sxadadzenin yetirmələrinin ən yaxın izləyiciləri “Bavariya” (Almaniya) və “Benfika”da (Portuqaliya) bu göstərici 0,46-dır.
Milli.Az
Milli.Az