Rusiyada “Maksimum” uşaq futbol komandasının məşqçisi Valentin Pavlov “Lokomotiv” klubu ilə matç zamanı futbolçulara qarşı yol verdiyi kobud rəftarı kameralardan yan keçməyib. Lent.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, yayılmış video görüntüdə 7-8 yaşlı uşaqlardan ibarət komandanın oyunçularından birinin məşqçiyə doğru qaçdığı əks olunub. Məşqçi isə bu zaman təpiklə onun ayağına güclü zərbə endirir. Zərbədən yerə yıxılan uşaq qalxaraq meydançaya qayıdır.