Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus “Nissan” markalı minik avtomobili işıq dirəyinə çırpılaraq aşıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:13-də başa çatıb.
Mənbə
ANS PRESS