“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Güləş Federasiyası arasında anlaşma memorandumu imzalanıb
Bakı, 10 mart, Səxavət Quliyev, AZƏRTAC
Martın 10-da “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) ilə Azərbaycan Güləş Federasiyası (AGF) arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, BEGOC-un ofisində təşkil olunan tədbirdə əvvəlcə idmançılarımızın beynəlxalq yarışlarda çıxışından bəhs edən videoçarx nümayiş olunub.
AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev memorandumun aprelin 16-19-da Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq yeniyetmələr və gənclər arasında federasiya kubokunun keçirilməsi üçün imzalandığını diqqətə çatdırıb. Bildirib ki, Avropa Oyunlarına test xarakteri daşıyacaq yarışda 450-dən artıq güləşçinin birincilik uğrunda mübarizə aparması nəzərdə tutulub.
Vitse-prezident qeyd edib ki, turnir Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və yarışda beynəlxalq qurum tərəfindən döşəklərə edilən rəng dəyişikliyi tətbiq olunacaq. Həmçinin yarışın mükafatlandırma mərasimi “Bakı-2015”də olduğu kimi təşkil olunacaq.
Namiq Əliyev deyib: “Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsi təkcə qitənin deyil, bütün dünyanın diqqətini ölkəmizə cəlb edəcək. Avropanın ən güclü idmançılarının mübarizə aparacağı “Bakı-2015” özündən sonra dünya idman tarixində yeni iz buraxacaq”.
Test yarışlarının keçirilməsinin əhəmiyyətindən danışan BEGOC-un korporativ direktoru Elçin Səfərov güləş üzrə hazırlıq turnirinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Elçin Səfərov vurğulayıb ki, “Bakı-2015” zamanı güləş yarışlarına ev sahibliyi edəcək Heydər Əliyev adına İdman Arenası yenidənqurma işlərindən sonra istifadəyə verilib. Əminəm ki, beynəlxalq standartlara cavab verən bu idman obyektində yarışlar yüksək səviyyədə təşkil olunacaq.
Sonra anlaşma memorandumu imzalanıb, jurnalistlərin sualları cavablandırılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10