"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə dəstək verməyə davam edir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ATƏT-in Minsk qrupu formatında mümkün dəyişikliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, münaqişəyə cəlb edilmiş ölkələr böyük həcmdə iş görməlidirlər: “Və biz prosesin irəliləməsinə kömək etmək niyyətindəyik”.

Milli.Az