İtaliya Azərbaycanın işğal edilmiş ərazilərində keçiriləcək qondarma "parlament seçkiləri"ni qeyri-qanuni hesab edir. Bu barədə Trend-ə qarşıdakı saxta "seçkilər"i şərh edərkən İtaliyanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Nazirlikdən deyilib ki, İtaliya Dağlıq Qarabağın "müstəqilliyi"ni tanımır və müvafiq olaraq qarşıdakı "seçkilər"i qeyri-qanuni sayır.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev demişdi ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda separatçı rejimin mayın 3-də qondarma "parlament seçkiləri" keçirməsi qanunsuzdur: "Bu, Azərbaycan qanunlarının pozulması və münaqişənin tənzimlənməsi üzrə danışıqlar prosesinə zərbə vurmağa istiqamətlənib".

Milli.Az