Bakıda intihar hadisəsi baş verib
Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası küçəsi 15 ünvanında qeydiyyatda olan 1987-ci il təvəllüdlü Azər Eldar oğlu Qəmbərli özünü dəsmalla asaraq intihar edib.

Prokurorluqdan A.Qəmbərlinin Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq təkrar törədildikdə) maddəsi ilə təqsirli bilindiyi bildirilib.

Milli.Az