Sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Bakı şəhər sakini ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari il fevral ayının 16-da Bakı şəhər sakini Mahirə Salahova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və M.Salahova 3 həftə sonra, martın 9-da xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az