Dünyada baş qaldıran iqtisadi böhran Azərbaycan klublarından da yan ötməyib.
 
Milli.Az-ın fanat.az saytına istinadən yaydığı məlumata görə, Bakının "Neftçi" klubu da bu üzdən əziyyət çəkənlər sırasındadır.
 
Məlumata görə, klubda 3-cü aydır, məvaciblər ödənilmir. Bildirilir ki, problemlə əlaqədar yerli və əcnəbi futbolçular hələlik danışmaq istəmirlər.

Qeyd edək ki, FİFA-nın qanunlarına əsasən, futbolçuların məvacibləri maksimum 3 ay ərzində gecikdirilə bilər.

Milli.Az