Azərbaycanın "Xəzər Lənkəran" komandasında bir zamanlar top qovan Ahmet Dursun zədələndi. ANS PRESS-in məlumatına görə, dünyanın ən çətin yarışlarından biri olan, Türkiyədə də tanınmış prodüsser və aparıcı Acun Ilıcalı tərəfindən təqdim edilən "Survivor"da zədə alıb. "All Star" komandasının üzvü ayağından xəsarət alıb.

Yarışların birində mübarizəyə qoşulan futbolçunun ayağında kəsiklər meydana gəlib. Ona dərhal tibb işçiləri müdaxilə ediblər. Bir başa yarışda həkim müdaxiləsi ilə futbolçunun ayağına tikiş atılıb.

Onun ağrı-acı ilə fəryadı bütün yarışmaçıları qorxudub.

Xatırladaq ki,A.Dursun 1978-ci ildə anadan olub. O, 2009-2010-cu illərdə Azərbaycanın "Xəzər Lənkəran" komandasında oynayıb. "Beşiktaş", "Antaliyaspor", "Kocaelispor" və Çinin "Tyanjin Teda" komandalarında yer alıb. Türkiyə yığmasında isə cəmi 3 oyun keçirə bilib.






Mənbə
ANS PRESS