Avstriyada 60 yaşında bir qadının əkiz uşağı olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Linz şəhəri yaxınlığında bir klinikada doğuş keçirən qadının vəziyyəti olduqca yaxşıdır.
Qadının 3 il əvvəl də süni mayalanma ilə qız övladının olduğu bəlli olub. Uşaqların atasının isə 63 yaşı var.
Avstriyada 45 yaşdan yuxarı qadınların süni mayalanma yoluyla hamilə qalmağı qadağan olunduğu üçün qadının ölkə xaricində müalicə aldığı güman edilir.
Qeyd edək ki, bu hadisə ölkədə böyük müzakirələrə səbəb olub. İnsanların əksəriyyəti yeni valideynləri məsuliyyətsizlikdə günahlandırıblar.