"Facebook" sosial şəbəkəsində səhifələrin “like” sayı azalacaq.

Axşam.az “Aljazeera” saytına istinadən xəbər verir ki, "Facebook"un yaxın vaxtlarda tətbiq edəcəyi qaydalara əsasən aktiv olmayan istifadəçilərin hesabları bağlanacaq.

Vəfat etmiş, yaxud istifadə edilməyən hesabların izlədikləri səhifələrdə bəyənmələr silinəcək. Beləliklə də, böyük səhifələrin “like” sayı ciddi şəkildə azalacaq.