APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Hüseynağa Məmmədovdan 1,8 qram marixuana götürülüb.Bakı sakinindən külli miqdarda narkotik götürülüb
Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmış, əvvəllər məhkum olunmuş Elçin Məmmədhəsənov da tutulub. Onun evinə baxış zamanı əlavə 15 kiloqram 65 qram marixuana da aşkar edilərək götürülüb.
Milli.Az