Kriminal aləmdə qonşu Türkiyə ən rahat məkanlardan sayılır. XIX əsrdən bəri ora qanlı killerlərin axını başlanıb. Türkiyə mətbuatında dəhşətli cinayətlər törədən “qanuni oğru”ların siyahısı hazılanıb.

ANS PRESS həmin şəxslərdən bəzilərinin adlarını və törətdikləri qərtllərlə bağlı məlumatları təqdim edir:



1914-cü ildə Türkiyədə qanlı cinayətlər törədən 16 yaşlı oğlan peydə aldı. Əsl adı Anastadiya Hiristo olan bu şəxs ilk dəfə oğurluq üstündə həbsxanaya düşüb. Həbsxanada haqsızlıqlarla üzləşən 16 yaşlı gənc qanunlara nifrət etdiyini və onlara xidmət edənlərin kökünü kəsməyə hazır olduğunu bəyan edir.

Sonradan kriminal aləmdə Hiristo ləqəbilə məşhur olan bu gənc həbsxanadan azad olandan sonra İstanbul Polis şöbəsinə hədə-qorxu məktubu göndərib. “Hamınızın qanını içəcəyəm!”, - deyə məktubda bildirilib.

Məktubu sadəcə gəncin şıltaqlığı və dələduzluğu kimi görən hüquq qoruyucuları isə sonradan şoka düşüblər. Məktəbun göndərilməsindən bir az sonra Hiristo polis şöbəsinə girib və orada 13-ü polis olmaqla 21 nəfəri öldürüb.

Hiristo sonradan bir neçə qatı cinayətlərin təşkilatçısı olub. O, başına özü kimi killerlər toplayaraq çoxlu cinayətlər törədib. Hiristo 23 yaşında olarkən tanınmış kinoaktyor Selda Alkorun atası, polis rəisi Muharram Alkor tərəfindən öldürülüb.



Kriminal aləmdə “İzmir canavarı” adı ilə tanınan Ayhan Komiş də öz dövrünün peşəkar killerlərindən olub. O, sonradan soyadını Kartal ilə əvəzləyib. “İzmir canavarı” 1985-ci ildə 13 yaşında qız uşağını zorlayıb və boğub öldürüb. O, tutulub bir müddət həbsxana xəstəxanasında psixi problemlərinə görə müalicə olunub.

Müalicədən çıxdıqdan sonra, 1989-cu ildə 9 yaşlı uşağı da zorlayıb və döyə-döyə öldürüb. Bu zaman “İzmir canavarı” polislər tərəfindnə izlənib. Polislərlə atışıb və bir neçə polisi öldürüb. Lakin sonradan yaxalanıb və həbsxananın psixi problemlər xəstəxanasına aparılıb.

Lakin “İzmir canavarı” xəstəxanadan qaçıb. Bir müddət sonra onu tutublar. Onu xüsusi rejimli həbsxanaya aparıblar. Orada məhkumlar tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.



Türkiyədə peyda olan daha bir qorxulu cinayətkar da hər kəsi qorxuya salmışdı. 1986-ci ildə Süleyman Aktaş adlı mühəndis ehtiyatsızlıqdan 30 min cərəyanı olan elektrik naqilinə toxunub. Bundan sonra komaya düşüb. Bir neçə gün sonra ölümdən dönən Süleyman Aktaş ağlını itirib. Bu zaman o, Antalyada polis şöbəsinin rəisi Nuri Keskini boğub. Daha sonra mismarla onun başını taxtaya vurub.

Süleyman Aktaş tutulub və dəlixanaya aparılıb. Burada 5 il müalicə alıb və kəndə göndərilib. Süleyman Aktaş orada qonşularla dalaşıb. O, 3 qonşusunun gözlərinə və başlarına mismar vurub. Daha sonra onların boğub. Bu səbəbdən onu kriminal aləmdə “mismar qatil” adlandırıblar.

“Mismar qatil” yaxalanandan sonra ifadəsində “mənə öldürmə əmrini Turqut Özal verir. Mismar görəndə dayana bilmirəm və onları insanların başına vurmaq istəyirəm”, - deyə bildirmişdi.



Türkiyənin Artvin şəhərində peyda olan ağıldan kəm bir nəfər sonradan böyük problemlər yaratmağa başlayıb. 1992-1995-ci illərdə Türkiyəyə qan udduran Adnan Çolak 11 qanlı cinayət törədib. O, ilk dəfə 1992-ci ildə 58 yaşlı qadını tualetdə zorlayıb və boğub. Qadının öldüyünü zənn edən Adnan ordan qaçıb. Özünə gələn qadın sonradan polisə şikayət edib. Şikayət əsasında Adnan Çoluk saxlnılıb. Sonradah o, həbsxanadan qaçıb 3 il ərzində dəhşətli cinayətlər törədib. Kriminal aləmdə “Artvin canavar” adı ilə tanınır.



Türkiyədə ən dəhşətli qətillər isə 1994-cü ildə Yavuz Yapıcıoğlu tərəfindən törədilməyə başlanıb. 2002-ci ildə öldürüldüyünə qədər 40 nəfərin qatili olan Yavuz Yapıcıoğlu heç bir səbəb olmadan qətillər törədib.



Türkiyədə məsum görüntüsülə yaddaşlara həkk olunan Alı Kaya 1997-ci ildə anasını zorlayan şəxsi öldürdükdən sonra tutulub. Kriminal aləmdə “Məsum simalı qatil” adı ilə tanınan Alı Kaya sonradan 5 nəfəri öldürmüşdü. Həbs olunduqdan sonra “İzmir canavarı”nı məhkəmədə öldürüb. Sonradan isə özü həbsxanada ölüb.
Mənbə
ANS PRESS